BMT Qəzzada daha 4 yardım işçisinin öldüyünü açıqlayıb


“Save the Children” və “ World Central Kitchen ” humanitar təşkilatlarının işçiləri son 24 saat ərzində İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağına endirdiyi zərbələr zamanı həlak olub.


AFN.az xəbər verir ki, bu barədə BMT-nin işğal olunmuş Fələstin ərazisindəki vəziyyət üzrə humanitar koordinatoru Muhannad Hadi bildirib.

"İsrailin hava hücumları nəticəsində Qəzzada daha 4 yardım işçisi həlak olub. "World Central Kitchen"dan üç nəfər avtomobilinin Xan Yunisdəki paylama məntəqəsində vurulması nəticəsində həlak olub. "Save the Children" təşkilatından bir nəfər isə Xan Yunisin cənubunda həyata keçirilən növbəti hava hücumunda həlak olub" - deyə Hadi bildirib.

O, həmçinin vurğulayıb ki, 2023-cü ilin oktyabrından bəri anklavda 330-dan çox yardım işçisi həlak olub: “Bu insanlar Qəzza zolağında ağlasığmaz şəraitdə yaşayan iki milyondan çox fələstinli üçün son çarədir. Onların öldürülməsi beynəlxalq hüququn qəbuledilməz pozulmasıdır və fəlakətli humanitar vəziyyəti daha da gərginləşdirir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu