"Central Park Five" iddiasının qurbanları Trampa qarşı iddia qaldırdı


ABŞ-ın Nyu-York ştatında illər əvvəl törətmədikləri cinayətə görə həbs cəzasına məhkum edilən və sonradan bəraət qazanan “Mərkəzi Park Beşliyi” kimi tanınan 5 nəfərlik qrup Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Trampa qarşı böhtan iddiası qaldırıb.



Qrup Trampın sentyabrın 10-da rəqibi Kamala Harris ilə prezidentlik debatı zamanı verdiyi açıqlamaları əsas gətirib.

Yusef Salaam, Raymond Santana, Kevin Riçardson, Antron Brovn və Korey Vays adlı 5 nəfər məhkəməyə verdikləri ərizədə Trampın Harrislə debatda onlar haqqında bir nəfəri öldürdüklərini və cinayəti etiraf etdikləri barədə yalan açıqlama verdiyini ifadə ediblər.

5 nəfərlik qrup Trampın 67 milyon insanın gözü qarşısında onlara böhtan atdığını və onların yenidən adlarını təmizə çıxarmağa cəhd etmələrinə səbəb olduğunu iddia edərək, böhtan və təzminatının müəyyən edilməsi üçün jüri məhkəməsinin keçirilməsini tələb edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu