Aİ Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırır


Avropa İttifaqı qeyri-dost münasibətinə görə Gürcüstan rəhbərliyi ilə yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəlib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski məlumat verib.

“Bu ilin iyununda, bir neçə ay əvvəl biz Aİ üzv ölkələri ilə, fikrimizcə, Aİ-yə qarşı qeyri-dost münasibət bəsləyən Gürcüstan rəhbərliyinə münasibətimizin necə olacağı ilə bağlı müzakirə apardıq. Biz anti-Avropa və anti-Qərb təbliğatını, konspirasiya nəzəriyyələrini necə dəf edə bilərik deyə məsləhətləşdik və qərara gəldik ki, Gürcüstanın hazırkı rəhbərliyi ilə heç bir yüksək səviyyəli görüş keçirməyəcəyik”, - deyə Qerçinski bildirib.

Diplomat əlavə edib ki, son aylar ərzində nə onun Gürcüstan hakimiyyəti ilə, nə də Gürcüstan hökumətinin nümayəndələrinin Brüssellə əlaqəsi olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu