Gürcüstan konstitusiyadan Aİ və NATO-ya inteqrasiya maddəsini çıxarmağı planlaşdırmır


Gürcüstan hakimiyyəti ölkə konstitusiyasının respublikanın Aİ və NATO-ya üzv olmaq istəyini ifadə edən 78-ci maddəsini çıxarmaq və ya ona dəyişiklik etmək fikrində deyil.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze məlumat verib.

“Birmənalı şəkildə deyə bilərəm ki, bizim 78-ci maddəni nə çıxarmaq, nə də ona dəyişiklik etmək planımız yoxdur" - deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası abəyanat yayaraq, oktyabrın 26-na təyin edilmiş parlament seçkilərindən sonra konstitusiya çoxluğunun əldə edilməsinin zəruriliyindən danışıb. Sənəddə “Gürcü arzusu” parlamentdə konstitusiya çoxluğuna ehtiyacı olduğu bir neçə məqamı sadalayıb. Bəyanatda digər məsələlərlə yanaşı, sonradan məlum olacaq bir məsələ ilə bağlı hakim partiyada danışıqların getdiyi də qeyd olunub. Bir sıra Gürcüstan KİV-ləri hesab edirdilər ki, hakimiyyət 78-ci maddənin konstitusiyadan çıxarılması imkanını müzakirə edir.

Gürcüstan Konstitusiyasına ölkənin Aİ və NATO-ya tam inteqrasiyasını təmin etmək üçün konstitusiya orqanlarının bütün mümkün tədbirləri görməsinin zəruriliyi ilə bağlı müddəa 2017-ci ildə əlavə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu