Gürcüstan hökuməti bir neçə müxalifət partiyasını bağlamaq istəyir


Gürcüstan hakimiyyəti parlament seçkilərindən sonra təkcə eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının deyil, həm də onunla əlaqəli olan digər birliklərin fəaliyyətini konstitusiyaya zidd kimi tanımaq niyyətindədir.


AFN.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

“Əslində, bizim subyektimiz çox deyil, əlavə olaraq bir neçə partiyanın da olduğu “Milli Hərəkat” seçkilərdə iştirak edəcək. Siz də bilirsiniz ki, “Milli Hərəkat”ın tərkibinə “Axali”, “Girçi”, “Droa” daxildir. Bütün bu siyasətçilərin Milli Hərəkatla keçmiş və indiki əlaqələri var. Birbaşa biznes reketliyi ilə məşğul olan “Lelo” assosiasiyası da var və bu, araşdırma predmetlərindən biri olmalıdır”, - deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası da Milli Hərəkatla ittifaqdadır. "Bu, bir kollektiv cinayətkar siyasi qüvvədir ki, onun fəaliyyətini qadağan etmək lazımdır", - baş nazir vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu