Saakaşvilinin tərəfdarları mübarizəyə başlayır: Partiyası parlamentdə fəaliyyətini dayandırdı


Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası parlamentdə fəaliyyətini dayandırıb.


AFN.az xəbər verir ki, bu barədə Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvili bildirib. Xabeişvili partiyanın bundan sonra fövqəladə iş rejimində fəaliyyət göstərəcəyini qeyd edib: "Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin azad edilməsinə yönəlmiş gündəlik etiraz aksiyaları keçiriləcək. Biz təslim olmağı planlaşdırmırıq. Mübarizə gündəlik olacaq”.

Qeyd edək ki, bundan əvvəl Tiflis məhkəməsi həbsdə olan Saakaşvilinin səhhətinə görə azadlığa buraxılmasını rədd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu