Saakaşvili ilə bağlı dünya ölkələrində mitinqlər başlanır


Yanvarın 4-də dünyanın 14 ölkəsində Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşviliyə dəstək aksiyaları keçiriləcək.


AFN.az xəbər verir ki, bu barədə M.Saakaşvilinin "Facebook" səhifəsində məlumat yayılıb.
Qeyd edilir ki, aksiyalar Gürcüstanın Nyu-York, Vaşinqton, London, Berlin, Münhen, Frankfurt, Vyana, Brüssel, Strasburq, Haaqa, Praqa, Stokholm, Bern, Sofiya, Barselona, ​​Afina və Təl-Əvivdəki baş konsulluqları və səfirlikləri qarşısında keçiriləcək.
Tədbirlərin Gürcüstanda da keçirilməsi planlaşdırılır. Saakaşvilinin tərəfdarları yerli vaxtla saat 18:00-da Tbilisi Sülh Körpüsündə, Kutaisidəki keçmiş parlament binasında, keçmiş baş nazir Bidzina İvanişvilinin Şekvetili kəndindəki evinin önündə, həmçinin Batumi, Zuqdidi, Rustavi, Qoridə və Telavidə toplaşacaqlar.
Bundan başqa, Vahid Milli Hərəkat Partiyasının sədrliyinə namizəd Levan Xabeişvili Gürcüstan hökumətinin administrasiyası qarşısında mitinq və Bidzina İvanişvilinin Tbilisidəki iqamətgahına yürüş elan edib.
Xatırladaq ki, bundan əvvəl #SaveMisha beynəlxalq aksiyasını rusiyalı müxalifət lideri və hüquq müdafiəçisi Mark Feygin və Ukrayna Prezidentinin Aparatının müşaviri Aleksey Arestoviç elan etmişdi.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu