Saakaşvilinin partiyası məhkəmə qarşısına çıxarılacaq - baş nazir


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin təsis etdiyi müxalifət partiyası Vahid Milli Hərəkat parlament seçkilərindən sonra məhkəmə qarşısına çıxarılacaq.


"Sputnik Gürcüstan" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Biz siyasi qüvvənin mühakimə olunmasından, yəni bu agentlərin mühakimə olunmasından danışırıq ki, bunun ardınca sərbəst şəkildə fərdi səviyyədə hökmlər çıxarıla bilər”, - deyə siyasətçi bildirib.

Kobaxidze partiyanın cəza formaları barədə daha sonra danışacağını deyib. O qeyd edib ki, müxalifəti cinayətkar adlandıranda ölkədə demokratiya bərqərar ola bilməz: "Əhali Gürcüstanın əvvəlki hakimiyyət orqanlarının törətdiyi cinayətlərdən xəbərdardır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu