Gürcüstanın Aİ-yə üzvlük prosesi dayandırılıb
Mübahisəli “xarici təsirin şəffaflığı” qanununu qəbul edən Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin dayandırıldığı bildirilib.
Aİ-nin Gürcüstandakı nümayəndəliyinin X hesabında yazdığına görə, İttifaqın Gürcüstandakı səfiri Pavel Herçinski paytaxt Tbilisidə iştirak etdiyi tədbirdə ölkənin Aİ-yə üzvlük prosesi ilə bağlı açıqlamalar verib.
“Təəssüf ki, Gürcüstanın Aİ-yə üzvlük prosesi hələlik dayandırılıb”. Herçinski açıqlama verərək, bu qərarın son AB Liderlər Zirvəsinə qatılan liderlər tərəfindən verildiyini bildirib.
Qərar çərçivəsində Aİ-nin Gürcüstana 2024-cü il üçün ayırdığı 30 milyon avro maliyyə yardımının dondurulduğunu bildirən Herçinski, “Vəziyyət pisləşərsə, digər tədbirlər də nəzərdən keçirilir” ifadələrini işlədib.