"Titan"ın qalıqlarının görüntüsü ilk dəfə paylaşılıb - FOTO


Keçən il qəza nəticəsində parçalanan "Titan" sualtı qayığının qalıqları ilk dəfə ABŞ Sahil Mühafizəsi tərəfindən paylaşılıb.



2023-cü ilin iyununda baş verən qəzada sualtı qayıqda olan 5 nəfər həyatını itirmişdi. Axtarış-xilasetmə işləri zamanı "Titan" sualtı qayığının qalıqları Titanikdən bir neçə yüz metr aralıda tapılıb.

Paylaşılan görüntülərdə sualtı qayığın parçalanmış quyruq hissəsi Şimali Atlantik Okeanının bulanıq dibində uzanmış vəziyyətdə görünüb.

Quyruq hissəsi əsas gövdədən tamamilə ayrılıb və gəminin digər hissələri onun ətrafına səpələnib.

ABŞ Sahil Mühafizəsi 22 iyun 2023-cü ildə uzaqdan idarə olunan vasitə ilə aparılan müayinələr nəticəsində sualtı qayığın ani təzyiq çökməsi (implozon) keçirdiyini təsdiqləyən qəti dəlil tapdığını açıqlayıb.





Mənbə: CNN International



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu