"Titan" sualtı qayığında oksigen bitdi


"Titanik"in batdığı yeri ziyarət edərkən itkin düşən "Titan" sualtı qayığında oksigenin bitdiyi bildirilir.


Qeyd edək ki, qayıqdan bazar günündən bəri xəbər yoxdur. Xilasetmə işləri ümidlə davam edərkən, sualtı qayıqda olan oksigenin bitdiyi bildirilir.

İtkin düşən sualtı qayıqda 5 nəfər var. Hələ də gəmidən xəbər yoxdur.

ABŞ Sahil Mühafizəsi itmiş "Titan" sualtı qayığının axtarışları zamanı daha çox səs-küy eşidildiyini bildirib. Onlar hələ də bu səslərin nə olduğunu bilmirlər, lakin xilasedicilər ərazidə axtarış aparır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş nüvə sualtı komandiri Devid Market xəbərdarlıq edib ki, ümidverici səslər "Titan"a aid olmaya bilər: "Səsləri onların yaratdığını düşünmürəm, sadəcə təbii səslər ola bilər. Biz səsləri eşidirik, əraziyə daha çox gəmi gəlir və sonra daha çox səs-küy eşidirik. Bunun təsadüf olduğunu düşünmürəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu