"Titan" sualtı qayığında son vəziyyət - Oksigenin tükənməsinə saatlar qalıb
"Titanik"i ziyarət edərkən əlaqəni itirən "Titan" sualtı qayığından bazar günündən bəri xəbər yoxdur.
Xilasetmə işləri davam edərkən sualtı qayıqda təxminən 10 saat oksigen qaldığı təxmin edilir.
1912-ci ildə Aysberqə çırpılan "Titanik"in Atlantik okeanında qəzaya uğradığı yerə turistik səfər edərkən itən sualtı qayığın axtarışları davam edir. İtkin düşən sualtı qayıqda 5 nəfər var.
Xatırladaq ki, sualtı qayıqda aviasiya sənayesində xidmət göstərən "Action Aviation" şirkətinin sahibi britaniyalı milyarder Hamiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və onun oğlu Süleyman Davud, sualtı qayığın sahibi və “OceanGate”in qurucusu və icraçı direktoru Stokton Rush və fransız sualtı pilotu Paul Henry Nargeolet olub.