Kanada və ABŞ "Titan fəlakəti"ni araşdıracaq


ABŞ və Kanada turistik məqsədlə "Titanik"in qalıqlarına gedərkən itən "Titan" sualtı qayığının partlaması nəticəsində 5 nəfərin ölümünə səbəb olan fəlakəti araşdıracaqlarını açıqlayıb.


ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Agentliyi tərəfindən edilən açıqlamada "Titan" sualtı qayığının "fəlakətli" partlaması "böyük dəniz fəlakəti" olaraq xarakterizə edilib.

Açıqlamada ABŞ Sahil Mühafizəsinin sualtı qayığın partlaması ilə bağlı araşdırmaya başlayacağı bildirilib.

Kanadanın Milli Nəqliyyat Təhlükəsizliyi Agentliyi (TSB) də Kanadanın Nyufaundlend bölgəsindən "Titan" gəmisinin Atlantik Okeanında qəzaya uğradığı yerə gətirilən "Polar Prince" gəmisinin hərəkətləri ilə bağlı araşdırmalara başlanılacağını açıqlayıb.

TSB istintaq qərarının "Kanada Nəqliyyat Qəzalarının Təhqiqatı, Təhlükəsizlik Şurası Aktı və beynəlxalq müqavilələrə uyğun olduğunu" bildirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu