"Titan" sualtı qayığının son hissələri sahilə çıxarılıb
“Titanik” gəmisinin qalıqlarına ekspedisiyası zamanı partlayan və 5 nəfərin ölümünə səbəb olan “Titan” sualtı gəmisinin qalıqlarının qalan hissəsi Atlantik okeanından çıxarılıb.
BBC-nin məlumatına görə, ABŞ Sahil Mühafizəsi rəsmiləri sualtı qayığın son hissələrinin keçən həftə mühəndislər tərəfindən çıxarılaraq ABŞ-dakı limana aparıldığını açıqlayıb.
Səlahiyyətlilər "Titan" sualtı qayığının batması ilə bağlı beynəlxalq araşdırmaların davam etdiyinə diqqət çəkərək, gələcəkdə bununla bağlı açıqlama veriləcəyini açıqlayıb.
Digər tərəfdən tibbi qrupların çıxarılan hissələrdə insan qalıqlarını araşdıracağı bildirilib.