Dünyanın ilk ağciyər xərçənginə qarşı peyvənd sınaqları yeddi ölkədə başlayıb
Dünyanın ilk mRNT ağciyər xərçənginə qarşı peyvəndi 7 ölkədə xəstələr üzərində sınaqdan keçirilməyə başlanıb. Mütəxəssislər bu peyvəndin minlərlə insanın həyatını xilas etmək potensialını təməlqoyma kimi xarakterizə edirlər.
Ağciyər xərçəngi dünyada xərçəng ölümünün ən çox yayılmış səbəbi kimi tanınır və hər il təxminən 1,8 milyon insanın ölümünə səbəb olur.
Xüsusilə şişlərin yayıldığı qabaqcıl mərhələlərdə sağ qalma nisbətləri olduqca aşağıdır.
İndi mütəxəssislər bədənə xərçəng hüceyrələrini tapıb öldürməyi və onların geri qayıtmasının qarşısını alan yeni peyvəndi sınaqdan keçirirlər.
BNT116 adı ilə tanınan və BioNTech tərəfindən istehsal olunan bu peyvənd ağciyər xərçənginin ən çox yayılmış növü olan kiçik hüceyrəli olmayan ağciyər xərçəngini (KHDAK) müalicə etmək üçün nəzərdə tutulub.
Faza 1 klinik sınaq insanlarda BNT116-nın ilk tədqiqatıdır və Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyə daxil olmaqla 7 ölkədə 34 tədqiqat mərkəzində başlanıb.
Ümumilikdə cərrahiyyə və ya radioterapiyaya qədər erkən mərhələdən inkişaf etmiş xəstəlik və ya təkrarlanan xərçəng hallarına qədər təxminən 130 xəstə bu sınaqda iştirak edəcək.
Peyvənd COVID-19 peyvəndlərinə bənzər mRNA (messencer RNT) istifadə edir və NSCLC-dən immunitet sisteminə şiş markerlərini təqdim edərək, bədəni bu markerləri ifadə edən xərçəng hüceyrələri ilə mübarizə aparmağa hazırlayır.
Bu üsul kimyaterapiyadan fərqli olaraq daha təhlükəsiz müalicə prosesi təklif edən sağlam hüceyrələrə zərər vermədən insanın immun reaksiyasını gücləndirməyi hədəfləyir.
Mənbə: The Guardian