Keniyada qızıl mədənində çökmə: 5 işçi öldü

Yerli mətbuatın məlumatına görə, ölkənin qərbində Tanzaniya ilə sərhəddə yerləşən Miqori bölgəsində qızıl mədəni çöküb. Yerin altında qalan 5 işçi həyatını itirib.
Çökmə zamanı 18 işçinin olduğu mədəndə 13 işçi sağ qalıb, yaralılar xəstəxanaya çatdırılıb.
Hökumət qəza ilə bağlı araşdırmalara başladığını açıqlayıb.
Mənbə: AA