Polşada kömür mədənində baş verən çökmə nəticəsində 3 işçi həlak olub


Polşanın Krakov şəhərinin qərbində Myslovice-Vesola kömür mədənində çökmə nəticəsində 3 işçi həyatını itirib.


Mədəni idarə edən "Polşa Mining Group" şirkətinin sözçüsü Aleksandra Siembiqa dünən mədəndə 15 işçinin olduğu mədəndə baş verən çökmə ilə bağlı açıqlama verib.

Siembiqa axtarış-xilasetmə işlərinin yekunlaşdığını və üçüncü mədənçinin cəsədinin tapıldığını qeyd edib.

Axtarış-xilasetmə qrupları çökən mədəndə yaralanan 12 şaxtaçını xilas edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu