Çində kömür mədənində partlayış: 11 nəfər ölüb
Çinin şimalındakı Şensi əyalətində kömür mədənində baş verən partlayış nəticəsində 11 işçi həlak olub.
Partlayış zamanı mədəndə 90 işçinin olduğu bildirilir.
Xilasetmə qrupları tərəfindən ağır yaralanan 81 işçidən 2-ni müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Digər 9 işçi isə hadisə zamanı həyatını itirib.
Qəzanın baş verdiyi şaxtanın 2020-ci ildə fəaliyyətə başladığı və buradan ildə 300 min ton kömür çıxarıldığı açıqlanıb.