İndoneziyada nikel zavodunda qəza: 13 işçi öldü


İndoneziyanın Sulavesi adasındakı nikel zavodunun əritmə sobasında baş verən partlayış nəticəsində 13 işçi ölüb, 38 işçi yaralanıb.


Yerli vaxtla saat 05.30-da ərimə ocağında baş verən partlayışla bağlı Sulavesi polisi və şirkət rəsmiləri açıqlama verib.

Sulavesi polis rəisi Aqus Nugroho, ilkin tapıntılara görə, 5-i Çinli və 8-i İndoneziya olmaqla 13 işçinin həyatını itirdiyini, 38 yaralının xəstəxanaya yerləşdirildiyini, bəzi işçilərin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Partlayışın baş verdiyi obyektin ana şirkəti olan “PT İMİP”-in sözçüsü axtarış-xilasetmə qruplarının yerli vaxtla saat 09.10-da bütün işçiləri fabrikdən çıxarıldığını və 4 saatlıq səy nəticəsində yanğının söndürüldüyünü açıqlayıb.

Hadisə ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrinə görə, ərimə sobasının altında partlayıcı mayelərin tapıldığı və sızmanın oksigen çənlərində partlayışa səbəb olduğu qeyd edilib.

İndoneziya Milli İnsan Haqları Komissiyasına müraciət edən 3 çinli işçi bir həftə istirahət etmədən hər gün məruz qaldıqları toz və tüstü səbəbindən “PT IMIP” şirkətində səhhətlərində problem yaşadıqlarını bildirərək şirkəti əməyin mühafizəsi üçün lazımi avadanlıqla təmin edilməməsində günahlandırıblar.

İyun ayında eyni fabrikdə baş verən yanğında 1 işçi ölüb, 6 nəfər yaralanıb, aprel ayında isə tullantıların utilizasiyası sahəsində baş verən çökmə nəticəsində 2 işçi həlak olub.

İndoneziyada yerləşən Mədən Hüquqları Şəbəkəsi, 2019-cu ildən bəri Sulavesi adasındakı nikel əritmə sobalarında 22 işçinin öldüyünü açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu