El Salvadorda daşqın nəticəsində 5 nəfər ölüb
Mərkəzi Amerika ölkəsi El Salvadorda leysan yağışların səbəb olduğu daşqınlarda ilkin məlumatlara görə 5 nəfər həyatını itirib.
Ətraf mühit və təbii sərvətlər naziri Fernando Lopez mətbuata verdiyi açıqlamada ölkə daxilində güclü yağışlar zamanı sel və torpaq sürüşmələrinin baş verdiyini bildirib.
İndiyədək 5 nəfərin öldüyünü deyən Lopez 600 nəfərin təxliyə edildiyini, 27 evin zərər gördüyünü, 46 sürüşmə xəbərdarlığı aldığını bildirib.
Axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Lopez, 6 min nəfərlik 100 sığınacaq qurulduğunu açıqlayıb.
Digər tərəfdən, leysan yağışların davam edəcəyi ilə əlaqədar bəzi bölgələrdə fövqəladə vəziyyətin elan edildiyi qeyd edilib.