Konqo Demokratik Respublikasında qayığın batması nəticəsində 86 nəfər itkin düşüb
Konqo Demokratik Respublikasının Mai-Ndombe əyalətində qayığın batması nəticəsində 86 nəfər itkin düşüb.
Ölkə mətbuatında yer alan xəbərə görə, Mai-Ndombedəki Kva çayı üzərindəki Muşie şəhərindən Lebida qəsəbəsinə doğru hərəkət edən qayıq mühərriki nasaz olduğu üçün sahilə çırpılaraq batıb.
Təxminən 100 nəfərin xilas edildiyi qayıq qəzasında itkin düşən 86 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Xüsusilə güclü mövsümi yağışlar zamanı baş verən bu cür dəniz qəzalarına gəmilərə texniki qulluq göstərilməməsi və onların imkanlarından artıq yük daşıması səbəb olduğu bildirilir.
Ölkədə kifayət qədər asfalt yol olmadığından nəqliyyat üçün ümumiyyətlə çay və göllərdən istifadə olunur.