Amerikalı milyarder sualtı qayıqla "Titanik"in batdığı yerə səyahət etməyi planlaşdırır


ABŞ-lı lüks daşınmaz əmlak milyarderi və dərin dəniz tədqiqatçısı "Titanik" gəmisini kəşf etmək üçün sualtı qayıqla səyahət etməyi planlaşdırır.



ABŞ-ın Ohayo ştatından olan iş adamı və macəraçı Larry Konnor və "Triton Submarines" şirkətinin həmtəsisçisi Patrick Lahey Şimali Atlantik Okeanında batan "Titanik" gəmisini görmək üçün sualtı qayıqla təxminən 3800 metr dərinliyə getmək istədiklərini bildiriblər.

Konnorun şirkətinin sözçüsü verdiyi açıqlamada, təklif edilən səyahətin yalnız gəminin dəniz təşkilatı tərəfindən tam təsdiqindən sonra baş tutacağını bildirib. İkili Triton 4000/2 Abyssal Explorer adlı sualtı qayıqdan istifadə etməyi planlaşdırır.

Planlaşdırılan ekspedisiyanın vaxtı açıqlanmayıb.

Mənbə: BBC



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu