"Titanik"in qəzaya uğradığı yerin yaxınlığında itən laynerin axtarışı genişlənir


Fransa "Titanik"in qəzaya uğradığı yerə doğru yolda varlı turistlərin olduğu sərnişin laynerinin yoxa çıxmasından sonra xilasetmə əməliyyatında iştirak etmək üçün dərin dəniz dalğıc aparatı ilə təchiz edilmiş gəmini göndərəcək.


AFN.az-ın xəbərinə görə, bu barədə "Reuters" Fransa Təhsil Nazirliyinə istinadən məlumat verib.

“Atalante” adlı gəmi nazirliyin rəhbərliyi nəzdində göstərən İfremer Araşdırma İnstitutu tərəfindən idarə olunur.

Fransa hökumətindəki mənbə əlavə edib ki, gəmidə olanlar arasında Fransa vətəndaşı da var.

İyunun 9-da Boston Sahil Mühafizəsi batmış sərnişin layneri "Titanik"i sualtı qayıqda görmək istəyən turistlərin yoxa çıxdığını açıqlayıb.

Hazırda Atlantik okeanında axtarış-xilasetmə əməliyyatları davam edir. ABŞ Sahil Mühafizəsinin Şimal-Şərq İdarəsi tvitter hesabında yazıb ki, ABŞ və Kanada layneri axtarmaq üçün iki təyyarə göndərib.

ABŞ "C-130" hərbi-nəqliyyat təyyarəsi, Kanada isə "Boeing P-8 Poseidon" anti-sualtı patrul təyyarəsi ayırıb. Axtarış ABŞ-ın Atlantik okeanı sahillərindəki Cape Cod şəhərindən təxminən 900 mil aralıda aparılır. Axtarış-xilasetmə əməliyyatında Kanadanın “Polar Prince” tədqiqat gəmisi də iştirak edir.

İngilis paroxodu "Titanik" 1912-ci ilin aprelində ilk səyahətində aysberqlə toqquşaraq batıb. Gəminin göyərtəsində 2000-dən çox insan olub, onların əksəriyyəti həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu