Meksikada güllələnən 10 cəsəd tapılıb
Meksikanın Gerrero əyalətində güllələndiyi müəyyən edilən 10 nəfərin cəsədi tapılıb.
Gerrero əyaləti rəsmilərinin verdiyi açıqlamada Akapulko şəhərinin Emliano Zapata məhəlləsində çoxlu cəsədin tapıldığı bildirilib.
Açıqlamada hadisənin mütəşəkkil cinayətkar qruplaşmaların hesablaşmaları nəticəsində baş verdiyi bildirilib. Bu şəxslərin silahla öldürüldükdən sonra küçə kənarına atıldığı qeyd edilib.
Təhlükəsizlik qüvvələri şübhəlilərin tapılması üçün araşdırmalara başlayıb.
Sakit okean sahilində yerləşən Akapulko şəhəri narkotik ticarəti üçün tranzit məntəqə hesab olunur.
Təhlükəsizlik məlumatlarına görə, 2023-cü ildə Gerreroda zorakılıqlar nəticəsində 1890 nəfər ölüb.