İlham Əliyev dövlət xidmətinə rəis təyin etdi - DOSYE


Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.


AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Mürsəl Qorxmaz oğlu İbrahimov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub.

Bu barədə açıq internet resurslarında məlumat yer alıb.

Mürsəl İbrahimov haqqında geniş məlumat yoxdur. Bilinən budur ki, o, 2015-ci ilin 27 martında Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu