Suriya kömək üçün BMT-yə müraciət edib


Suriyada digər ölkələrdən gələn xilasedicilər yerli əhaliyə yardım edir.


Ölkənin bir neçə vilayətinə yayılan xilasedicilər Hələbdə yenidoğulmuş körpəni dağıntılar altından çıxarıblar. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu ölkədə baş verən zəlzələrən ən çox Hələb əziyyət çəkib. Şəhərdəki çoxəsrlik tikililəri dağılıb. Sakinlər yeni təkanlardan qorxaraq evlərinə girə bilmirlər. Suriyanın hakimiyyət orqanları kömək üçün BMT-yə müraciət edib.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bassam Sabbah bildirib ki, BMT-nin bütün üzvlərinə, eləcə də beynəlxalq humanitar tərəfdaşlara müraciət edərək insanları dağıntılar altından xilas etmək, müxtəlif şəhərlərdəki insanlara tibbi xidmətlər, sığınacaq və ərzaq təminatında köməklik göstərməyə çağırıblar.

Bu arada seysmoloqlar təşvişə düşüblər. Artıq dünyanın müxtəlif yerlərində gündə 200-ə yaxın zəlzələ qeydə alınıb. Bu gecə yeraltı təkanlar Nyu-York, Çin, Qazaxıstan, İndoneziyanın Yava adasının sakinləri tərəfindən hiss olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu