Suriyada zəlzələdən ölənlərin sayı artır


Suriyada zəlzələdən ölənlərin sayı 237 nəfərə çatıb. 639 nəfər yaralı qeydə alınıb.


AFN.az xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Suriyada 7,4 bal gücündə yeraltı təkanlar İdlib, Hələb, Latakiyada, Tartus və Rakka bölgələrində dağıntılara səbəb olub.
Xilasedicilər qəzaların baş verdiyi yerlərdə iş aparır. Həyatını itirənlərin və yaralıların sayının artacağı istisna edilmir. Bu arada Ermənistan mətbuatı ölənlər arasında Suriyada yaşayan ermənilərin də olduğunu yazıb.
Qeyri-rəsmi məlumatlara görə, Suriyada zəlzələdən ölənlərin sayı 427 nəfər təşkil edir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu