Seysmoloqlar təşvişdə: yeraltı təkanlar bütün dünyanı bürüyür


Türkiyədə və Suriyada bir-birinin ardınca baş verən dağıdıcı zəlzələdən sonra seysmoloqlar təşvişdədirlər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yeraltı təkanların dünyanın bir çox ölkələrində baş verməsindən narahatdırlar. Artıq dünyanın müxtəlif yerlərində gündə 200-ə yaxın zəlzələ qeydə alınıb.
Dünən Türkiyə və Suriyanın ardınca Rumıniyada, Qazaxıstanda zəlzələlər qeydə alınıb. Bu gecə isə Nyu-York, Çin, İndoneziyanın Yava adasının sakinləri tərəfindən yer titrəmələri hiss olunub. Seysmoloqlar zəlzələlərin miqyasının böyüyəcəyindən və bütün dünyanı bürüyəcəyindən nigarandılar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu