Nyu-York ştatında son 40 ilin ən güclü zəlzələsi baş verib


Nyu-York ştatının şimal-qərbində 3,8 bal gücündə zəlzələ baş verib.


AFN.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ Qərbi Seneka şəhərindən iki kilometr şərqdə qeydə alınıb. Ocaq üç kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların Niaqara şəlaləsi ərazisində hiss olunduğu qeyd edilir. Mümkün tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Mütəxəssislər bildirirlər ki, bu, son 40 ildə ştatda baş verən ən güclü zəlzələdir. 1983-cü ildən bəri Qərbi Seneka şəhərində 2,5 baldan yuxarı 24 zəlzələ baş verib, lakin qeydə alınmış biri onlardan ən güclüsü olub.

Qeyd edək ki, Türkiyə və Suriyada baş verən 7,6, 7,7 ballıq zəlzələ nəticəsində minlərlə insan həlak olub, on minlərlə yaralı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu