“Pentaqonun rekord büdcəsi Rusiya üçün qorxulu və risklidir”- Peskov


“ABŞ Konqresində Pentaqonun rekord məbləğdə maliyyələşməsini nəzərdə tutan qanun layihəsinin təsdiqlənməsi kifayət qədər ciddi və uzunmüddətli nəticələrə səbəb ola bilər. Bu, həm də Avropa qitəsində vəziyyətin daha da qeyri-sabit olması riskləri daşıyır”.


Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Sənəd ölkəmizə münasibətdə son dərəcə ziddiyyətlidir. Görünməmiş şəkildə qarşıdurma xarakteri daşıyır. Bu, təbii ki, qorxuludur”, – Peskov deyib.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası və Senat 2023-cü maliyyə ili üçün 858 milyard dollarlıq müdafiə büdcəsi haqqında razılığa gəlib. Sənəddə bir neçə dəfə Rusiyanın adı çəkilir. Konqresmenlər qeyd edirlər ki, büdcə Rusiya ilə strateji rəqabət kontekstində qəbul edilib və eyni zamanda ABŞ-ın Ukraynaya yardımı davam etdirmək niyyətini əks etdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu