"Maxi.az"-dan irqçiliyi təbliğ edən reklam - VİDEO


"Maxi.az" elektronika mağazalar şəbəkəsinin reklamı ciddi narazılığa səbəb olub.


AFN.az xəbər verir ki, 25 may Afrikanın Azadlığı Günü münasibətilə mağazalar şəbəkəsinin elan etdiyi endirim kapmaniyası etiraz yaradıb. Buna səbəb isə reklam mətnində "seçilmiş qara məhsullara endirimlərimiz var" ifadəsi olub. Şirkətin çəkdiyi videoreklamda aparıcı Xose Bernardo çəkilib. İzləyicilər reklamı irqçiliyin təbliği hesab edərək şirkəti tənqid atəşinə tutublar.
Maxi.az-ın Marketinq şöbəsindən AFN.az-ın sorğusuna cavab olaraq bildirildi ki, belə bir reklam yoxdur. Şöbənin adını çəkməyən əməkdaşı bundan başqa açıqlama verilməyəcəyini qeyd etdi. Görünür, şirkət tənqidlərdən nəticə çıxararaq reklamın internet resurslarından yığışdırılması qənaətinə gəlib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu