Avtomobilə "ikinci arvad" deyənlər həbs ediləcək


Özbəkistan küçələrindəki reklam lövhələrindən avtomobili “ikinci arvad” kimi təsvir edən reklamlar yığışdırılıb. Bu barədə Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsi məlumat yayıb.


AFN.az xəbər verir ki, rəsmi məlumata görə, “Mobil Retail” (Elmakon) şirkətinin “İkinci arvadına bax” yazısı olan avtomobil aksesuarlarının reklamı fevralın əvvəlində ölkənin bir sıra bölgələrində yerləşdirilib.
Komitə mətni “etikaya, reklam qanunvericiliyinin tələblərinə və cəmiyyətdə müəyyən edilmiş əxlaq normalarına uyğun gəlmir” hesab edib.
“Mobile Retail” şirkətinin nümayəndəsi Aziz Abdumazitov pr.uz-a bildirib ki, Özbəkistanda “maşına ikinci arvad deyirlər” və istehzalı reklamın “çoxlarının xoşuna gəldiyini” deyib.
Özbəkistan qanunları çoxarvadlılığı qadağan edir. Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən, rəsmi nikahda olan şəxs ikinci arvad ala və ya nikaha daxil ola bilməz. Qanunu pozanlar üç ilə qədər həbs edilə bilər.
2017-ci ildə prezident Şavkat Mirziyoyev nikah şəhadətnaməsi olmayanların nikahını bağlayan imamların cəzalandırılacağını açıqlamışdı.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu