Ukraynada dəmiryolu vağzalında ölənlərin sayı 50-yə çatdı: Onlardan 5-i uşaqdır

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 50-ə çatıb.
Bu barədə Donetsk Regional Dövlət Administrasiyasının sədri Pavel Kirilenko bildirib.
Ölənlərdən 5-i uşaqdır.
İndiyədək 98 nəfər xəstəxanalara çatdırılıb.