Dneprdə hücum zamanı ölənlərin sayı artdı - VİDEO

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində hündürmərtəbəli binanı raket atəşinə tutması nəticəsində həlak olanların sayı artıb.
“Qafqazinfo” “Ukrainskaya pravda” portalına istinadən xəbər verir ki, hadisə zamanı ölənlərin sayı 35-ə çatıb.
Ölənlərdən 2-si uşaqdır. Hücum nəticəsində 14-ü uşaq olmaqla daha 75 nəfər isə yaralanıb.
Məlumata görə, hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.