Rusiya Ukraynada onlarla insanın həyatına son qoydu


Rusiya işğalçılarının Dnepr şəhərində yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb, 80 nəfər yaralanıb.
0

AFN.a-ın xəbərinə görə, Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko özünün "Telegram" kanalında bildirib ki, ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir.
"Yenilənmiş məlumatlara görə, Dneprdə hündürmərtəbəli binasını vuran Rusiya raketi 46 nəfərin həyatına son qoyub. 11 nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib, eyni sayda itkin düşüb", - Razniçenko belə deyib.
Onun sözlərinə görə, 24 zərərçəkən şəhər xəstəxanalarında həkimlərin nəzarəti altında qalır. 9 yaşlı qız da daxil olmaqla 3 nəfərin vəziyyəti ağırdır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu