Rusiya Lvovu vurdu - dağıntılar altında qalanlar var


Rusiya silahlı qüvvələrinin atdığı raket Ukraynanın Lvov vilayətində yaşayış məntəqəsinə düşüb. Nəticədə 4 vətəndaş həlak olub.


AFN.az-ın xəbərinə görə, bu barədə Lvov Regional Hərbi Dövlət Administrasiyasının rəhbəri Maksım Kozitski "Telegram" kanalında məlumat verib.
"Zoloçiv rayonunda düşmənin raketi yaşayış məntəqəsinə düşüb. Yanğın başlayıb. Artıq söndürülüb", - Kozitski belə deyib.
Eyni zamanda, hazırda dörd nəfərin öldüyü məlumdur. "Onlar ikisi kişi və ikisi qadın olmaqla dörd nəfərdir. Raket düşən zaman onlar evdə olublar. Dağıntılar hələ də təmizlənir. Onların altında başqa insanlar da ola bilər", - o əlavə edib.
Yanğın, həmçinin üç yaşayış binasını, üç avtomobili, bir qarajı və bir neçə yardımçı tikilini məhv edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu