Rusiyanın Ukraynaya atdığı raketlər partlamır - FOTO


Rusiyanın atdığı raket Ukraynanın İvano-Frankivsk vilayətində evlərdən birinə düşüb və möcüzəvi şəkildə partlamayıb.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, Rusiya dekabrın 29-da səhər saatlarında Rusiya Ukraynanın bir sıra yaşayış məntəqələrinə kütləvi raket zərbələri endirib. Ölkənin qərbində də hava xəbərdarlığı elan edilib. İvano-Frankivsk vilayətindəki kəndlərdən birində mənzilə düşən raket isə partlamayıb. Hadisənin görüntüsünü paylaşan ukraynalılar "Rusların rüsvayçılığının həddi-hüdudu yoxdur", - deyə şərh veriblər.
Kiyevə atılan raketlərin parçaları Darnitski rayonunda üç fərdi evə və bir avtomobilə ziyan vurub. Qoloseyevski rayonunda sənaye müəssisəsi və Peçerskidəki uşaq meydançası da zərər görüb. Üç nəfərin öldüyü bildirilir.
Ümumilikdə hücum zamanı 120 raket atılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu