Azərbaycanda ərzaq bankı yaradıla bilər


Azərbaycanda ehtiyacı olan aztəminatlı ailələrə dəstək məqsədilə ərzaq bankının yaradılmasına dair təkliflər səsləndirilib.


BAKU.WS xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyasından APA-ya verilən məlumata görə, bu barədə "Qida tullantıları: problemin həlli yolları" mövzusunda keçirilən görüşdə bildirilib.

Qeyd olunub ki, 2020-ci il və 2021-ci ilin ötən aylarında 7489 ton, 84 min dekalitr məhsulun məhv edilməsi, 92 min ton, 113 dekalitr məhsulun isə utilizasiyası barədə qərar çıxarılıb.

Azərbaycanda qida itkisinin 14%-ni düyü, 12% buğda, 10%-ni isə kartof təşkil edir.

Sahibkarlar tullantıların yaranmasının azaldılmasının iqtisadi faydaları barədə məlumatlandırıb. Qeyd olunub ki, hər il dünyada 1,3 mlrd ton qida itirilir və ya israf edilir.

Qida itkisi və tullantılarının dəyəri 680 mlrd ABŞ dolları təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm 310 mlrd. dollardır.

Məsələnin həlli yollarına gəldikdə, istifadə müddətinə az qalmış məhsulların yenidən istifadəsi, ərzaq bankının yaradılması, QHT-lərin köməyi ilə həmin ərzaq bankının ehtiyacı olan aztəminatlı ailələrə çatdırılması ilə bağlı təkliflər səsləndirilib. Qərara alınıb ki, məsələ ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılsın.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu