AZAL Naxçıvana uçuşları yenidən təxirə saldı
“Azərbaycan Hava Yolları” (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.
AFN.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib. Qeyd edilir ki, sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür.
Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək.




