Tramp: Çinlə münasibətlərimiz tarixinin ən yaxşı dövrünə çatacaq


ABŞ prezidenti Donald Tramp Pekinə rəsmi səfəri çərçivəsində Çin Xalq Respublikasının sədri Si Szinpin ilə görüşüb.

AFN.az Reuters-ə istinadən xəbər verir ki, Pekindəki Xalq Yığıncaqları Sarayında baş tutan tarixi görüşün əvvəlində Tramp iki ölkə arasındakı münasibətlərin gələcəyinə böyük ümidlərlə baxdığını bəyan edib.

"Sizinlə bir yerdə olmaq, sizin dostunuz olmaq mənim üçün şərəfdir. Çin və ABŞ arasındakı əlaqələrin tarixdəki ən yaxşı dövrünə çatacağına inanıram. Münasibətlərimiz əvvəlkindən daha güclü olacaq", — deyə ABŞ lideri vurğulayıb. Tramp həmçinin qarşıda hər iki ölkəni "möhtəşəm gələcəyin" gözlədiyini əlavə edib.

İki günlük sammit çərçivəsində tərəflərin ticarət əlaqələri, İranla bağlı regional gərginlik, süni intellekt sahəsində əməkdaşlıq və Tayvan məsələsi kimi mühüm mövzuları müzakirə edəcəyi gözlənilir. Trampın nümayəndə heyətində İlon Mask və Censen Huanq kimi tanınmış biznes liderlərinin də yer alması Vaşinqtonun Çin bazarına çıxış imkanlarını genişləndirmək niyyətindən xəbər verir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu