Tramp Si Cinpinlə görüşün məhsuldar keçəcəyinə inanır
ABŞ Prezidenti Donald Tramp gələn həftə Çinə səfər edəcəyini təsdiqləyib və Çin Xalq Respublikasının sədri Si Cinpinlə planlaşdırılan görüşün yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Pekin səfəri öncəsi jurnalistlərə açıqlamasında iki ölkə lideri arasındakı şəxsi münasibətlərə diqqət çəkib.
"Sədr Si Cinpinlə görüşümüz olacaq. Hesab edirəm ki, bu, möhtəşəm bir görüş olacaq. O, mənim dostumdur, biz uzun illərdir ki, çox yaxşı dil tapırıq", - deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ liderinin Pekinə rəsmi səfəri 14-15 may tarixlərinə planlaşdırılıb. Analitiklər bu görüşün ticarət rüsumları, regional təhlükəsizlik və İran böhranı fonunda yaranmış gərginliyin azaldılması baxımından həlledici rol oynayacağını proqnozlaşdırırlar.
