Tramp Si Cinpinin ilin sonunadək Vaşinqtona səfərini gözləyir


ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinin ilin sonuna qədər Vaşinqtona səfər edəcəyini gözlədiyini bildirib.

AFN.az xəbər verir ki, dövlət başçısı bu barədə "NBC News" telekanalına verdiyi müsahibədə məlumat verib.

Tramp qeyd edib ki, aprel ayında özü Çinə rəsmi səfər edəcək, daha sonra isə ilin sonuna doğru çinli həmkarını Ağ Evdə qəbul edəcək. Ağ Ev rəhbəri Çin lideri ilə münasibətlərinin müsbət məcrada inkişaf etdiyinə əminliyini ifadə edib. "Mənim onunla, onun da mənimlə yaxşı münasibətlərinin olması vacibdir", — deyə ABŞ Prezidenti vurğulayıb.

İki fövqəldövlət lideri arasında ticarət tarifləri, texnoloji rəqabətregional təhlükəsizlik məsələləri ilə bağlı telefon danışığı baş tutub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu