Si Cinpin və Donald Tramp arasında telefon danışığı baş tutub
Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
AFN.az xəbər verir ki, bu barədə Çinin "Xinhua" dövlət agentliyi məlumat yayıb.
Danışığın detalları və müzakirə olunan mövzular barədə hələlik rəsmi məlumat verilməyib. Qeyd edək ki, dünya liderləri arasındakı bu təmas ABŞ və Çin arasındakı ticarət tarifləri və regional təhlükəsizlik məsələlərinin gündəmdə olduğu bir vaxta təsadüf edir.
Bundan bir qədər əvvəl isə Si Cinpinin Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı baş tutmuşdu. Analitiklər Pekinin Vaşinqton və Moskva ilə ardıcıl təmaslarını qlobal diplomatik balansın tənzimlənməsi cəhdi kimi qiymətləndirirlər.
