Tramp 2026-cı ilin əvvəlində Çinə səfər edəcək
ABŞ prezidenti Donald Tramp 2026-cı ilin əvvəlində Çinə səfər edəcək.
AFN.az xəbər verir ki, bu barədə məlumatı Tramp özü açıqlayıb. Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanese ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən, Tramp mövzu ilə bağlı sualı belə cavablandırıb: "Məni Çinə dəvət etdilər və gələn ilin əvvəlində ora gedəcəyəm. Biz bu barədə demək olar ki, razılaşmışıq".
