Tramp Səudiyyə Ərəbistanına səfər tarixini açıqlayıb


ABŞ prezidenti Donald Tramp yaxın ay yarım ərzində Səudiyyə Ərəbistanına səfər edəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerika liderinin özü Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Jurnalistlər ondan Rusiya prezidenti Vladimir Putinlə görüşmək və Ukrayna münaqişəsinin sülh yolu ilə həllini müzakirə etmək üçün Səudiyyə Ərəbistanına getməyi planlaşdırıb-yaxmadığını soruşublar. "Bu barədə sizə dəqiq heç nə deyə bilmərəm. Səudiyyə Ərəbistanına getməyə hazılaşıram. Ola bilsin ki, növbəti ay yarım ərzində bu baş tutsun" - deyə Tramp cavab verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu