Tramp Putinlə Səudiyyə Ərəbistanında görüşəcək
![](/uploads/posts/2025-02/putintrumpaa-2315313_1.jpg)
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yaxın vaxtlarda Səudiyyə Ərəbistanında Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb.
ABŞ prezidenti Tramp Ağ Evdə keçirilən imza mərasimində mətbuat mənsubları ilə gündəmi dəyərləndirib.
Tramp Rusiya prezidenti Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə ayrı-ayrılıqda telefonla danışdığını və Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı mühüm müzakirələr apardığını bildirib.
ABŞ prezidenti həm Putin, həm də Zelenski ilə üz-üzə görüşəcəklərini qeyd edərək, "Biz əslində Putinin bura gəlməsini gözləyirik, mən də ora gedəcəm, amma yəqin ki, Səudiyyə Ərəbistanında da görüşəcəyik. İlk dəfə Səudiyyə Ərəbistanında bir araya gələcəyik və nə edə biləcəyimizi görəcəyik. Bu müharibəni bitirmək istəyirik" bildirib.
"Prezident Putin və prezident Zelenski hər ikisi sülh istəyir. Mən də sülh istəyirəm. İnsanların öldürülməsini dayandırmaq istəyirəm" mövzu ilə bağlı danışan Tramp bu mövzuda ciddi diplomatik prosesə girəcəklərini vurğulayıb.