Tramp Putinə deyil, Zelenskiyə zəng etmək planlarını nəzərdə tuturmuş


ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində Ukrayna ətrafında vəziyyəti şərh edərkən Rusiya prezidenti Vladimir Putinə deyil, Vladimir Zelenskiyə zəng etmək planlarını nəzərdə tutub.

AFN.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Ağ Ev sözçüsü mətbuata bildirib ki, Amerika lideri Zelenskini nəzərdə tutduğunu izah edib. Bu telefon danışığının sentyabrın 4-də baş tutacağı gözlənilir.

Ağ Evin Oval kabinetində Polşa prezidenti Karol Nawrocki ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandıran Tramp Ukrayna ətrafında baş verənləri bir neçə dəfə şərh edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu