Pekində Si Cinpin və Donald Tramp arasında danışıqlar başlayıb
Pekindəki Xalq Yığıncaqları Sarayında Çin lideri Si Szinpin ilə ABŞ prezidenti Donald Tramp arasında rəsmi görüş başlayıb.
Liderlər həm ikitərəfli münasibətləri, həm də mühüm beynəlxalq məsələləri müzakirə etmək üçün bir araya gəliblər.
Çin Mərkəzi Televiziyasının yaydığı məlumata görə, mayın 15-nə qədər davam edəcək bu səfərin əsas məqsədi ticarət-iqtisadi əməkdaşlıqdakı kəskin fikir ayrılıqlarını yumşaltmaq və iki dövlət arasındakı ziddiyyətli məqamları aradan qaldırmaqdır. Eyni zamanda, tərəflərin ABŞ-ın İranla olan münaqişəsi və qlobal təhlükəsizlik problemləri üzrə mövqelərini koordinasiya edəcəyi gözlənilir.
Danışıqların gündəliyinə Tayvan mövzusunun da daxil ediləcəyi ehtimal olunur. Pekin bu məsələyə "vahid Çin" prinsipi çərçivəsində yalnız özünün daxili siyasəti kimi baxsa da, Vaşinqtonla strateji dialoqda bu mövzu aktuallığını qoruyur.
