Tramp: Si Cinpin İranla müharibənin bitməsini istəyir


ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin ilə birbaşa danışmasa da, onun İranla müharibənin başa çatmasında maraqlı olduğunu bildirib.

AFN.az CNN-ə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Bizim Çinlə çox yaxşı münasibətlərimiz var", — deyə Tramp qeyd edib. O əlavə edib ki, Si Cinpin münaqişənin yekunlaşmasını "istərdi".

Bu bəyanat Pekinin İrana silah tədarükü ilə bağlı iddiaları təkzib etməsindən və bölgədəki gərginliyin qlobal ticarətə təsiri fonunda səslənib. ABŞ lideri bu açıqlaması ilə Çinlə olan diplomatik münasibətlərin gərginliyə baxmayaraq müsbət məcrada davam etdiyinə işarə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu