Şok iddia: İran "nüvə tozu"nu ABŞ-a təhvil verməyə hazırdır


ABŞ Prezidenti Donald Tramp İranla bağlı davam edən böhranın nizamlanması üçün yeni təklifin hazır olduğunu və Tehranın nüvə silahından imtina etməyə razılaşdığını bəyan edib.

AFN.az Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tramp İranın nüvə ehtiyatlarını, xüsusilə də "nüvə tozu" adlandırdığı materialları ABŞ-a verməyə hazır olduğunu iddia edib.

“Bu, mahiyyət etibarilə onların nüvə silahına malik olmayacağını təsdiqləyən bir təklifdir. Onlar bizə nüvə tozunu və istədiyimiz digər materialları təhvil verəcəklər", - deyə Tramp jurnalistlərə bildirib.

Qeyd edək ki, ABŞ lideri "nüvə tozu" dedikdə, İsfahan, Nətənz və Fordo nüvə obyektlərində saxlanılan yüksək dərəcədə zənginləşdirilmiş uranı nəzərdə tutur. Xatırladaq ki, sözügedən obyektlər 2025-ci ilin iyununda ABŞ-ın hava zərbələri nəticəsində ciddi ziyan görmüşdü.

Ekspertlərin fikrincə, Tehranın bu addımı bölgədəki hərbi gərginliyi əhəmiyyətli dərəcədə azalda və tərəflər arasında yeni diplomatik mərhələnin başlanğıcı ola bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu